Tehranın cümə xətibi: “Bu il Ərbəin yürüşü daha möhtəşəm olacaq”
Posted on : iran 10/05/2019
Tehranın cümə imamlarından Ayətullah Məhəmməd İmamiyi Kaşani oktyabrın 4-ü cümə xütbəsində İraqdakı ixtişaşlar və düşmənlərin bu hadisələrdəki roluna toxunaraq, belə deyib: “Düşmənlər Ərbəin mərasimlərinin görkəmli reallaşmasını istəmədikləri üçün problemlər törədirlər, amma Ərbəin yürüşü daha da görkəmli təşkil ediləcək”.

Tashaio.com ABNA-ya istinadən xəbər verir ki, Ayətullah Kaşani İmam Hüseynin (ə) zülmə qarşı mübarizənin bayraqdarı olduğunu qeyd edərək, ABŞ və sionist İsrail rejiminin hiylələrlə əslində həqiqətləri gizlətmək istədiklərini söyləyib.
Yəmən xalqının mübarizəsi və zəfərinə də toxunan Tehranın cümə namazı xətibi, belə deyib: “Yəmən xalqının qələbəsi Səudiyyə rejimi və havadarlarının arzularını gözündə qoydu”.
ABŞ-ın İran xalqına etdiyi təzyiqlərə də işarə edən Ayətullah İmami Kaşani, belə söyləyib: “İran xalqının qətiyyətli mövqeyi, düşmənlərin maksimum təzyiqləri onların zillətə düşməsinə çevrildi”.
Ayətullah Kaşani həmçinin bildirib ki, İran düşmənin planlarına qarşı hazır olmalıdır.
“İqtisadi problemlər, işsizlik və məşğulluq problemi cəmiyyətimizdə var. Problemləri həll etmək üçün ölkənin icra, məhkəmə və qanunvericilik orqanları hərəkətə keçməlidir. Hökumət investisiyanın yolunu açmalı və istehsaldakı maneələri aradan qaldırmalıdır”, - deyə o, bildirib.