header

 Meysəm Təmmar - Həqiqət aynası və müqavimət nümunəsi

22 zilhiccə - Meysəm Təmmarın şəhadət günüdür.

Peyğəmbərin (s) səhabələrindən olan Meysəm Təmmarın atasının adı Yəhyadır. Onlar İraqın Nəhrəvan məntəqəsindən idilər. Meysəmə Əbu-Salim də deyirdilər.
Meysəm əvvəlcə Bəni-Əsəd tayfasından olan bir qadının qulamı idi. İmam Əli (ə) onu həmin qadından alıb azad etdi. O, Kufədə xurma satdığı üçün ona “Təmmar”, yəni “xurmasatan” ləqəbi verilmişdi.
 
ŞƏHADƏT XƏBƏRİ
 
Meysəm öz şəhadət xəbərini mövlası imam Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə demişdi: “Bir gün Bəni-Üməyyənin çirkin oğlu Übeydullah ibn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “And olsun Allaha, heç vaxt belə etmərəm!” İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb öldürəcəklər.” Meysəm ərz etdi: “Səbir edərəm. Allah yolunda bu əziyyət çətin deyil.”
 
İmam Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəmin öz şəhadətinin incəlikləri haqda da bilməsi onun ruhunun əzəmətindən, böyük tutumundan, dərin imanından danışır.
 
İmam Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm o həzrətin məqamından danışar, onun buyruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdi. Bəzən bu ağacın yanından keçərkən Həzrət ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılar və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərirsən.” Meysəm daim bu ağaca tamaşa edərdi. (“Əl-irşad”, c.1, s.324.)
 
İMAM HÜSEYNİN (Ə) SORAĞINDA
 
Meysəm imam Hüseynin (ə) Məkkəyə doğru hərəkəti xəbərini eşitdi. Həmin il ümrə həcci məqsədi ilə Məkkəyə üz tutmaq qərarına gəldi. Amma Məkkədə İmamla (ə) görüşə bilmədi. Həcdən sonra Mədinəyə getdi. Peyğəmbərin (s) zövcəsi Ümmü-Sələmə ilə görüşüb ondan imam Hüseyn (ə) haqqında soruşdu. Ümmü-Sələmə dedi: “Mədinə ətrafındadır. O da daim səni soruşurdu.” Meysəm dedi: “Mən daim o böyük insan haqqında düşünürəm. Bu gün onunla görüşə bilmədim. Ona deyərsən ki, görüşünün həsrətindəyəm.” (“Əyanüş-şiə”, c.10, s.198.)
 
MEYSƏMİN HƏBSİ
 
Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həcdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar.
 
Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirədə öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məmurlara gələcəkdə baş verəcək hadisələrdən, öz şəhadətindən danışırdı.
 
Meysəm həmin vaxt qoca olsa da, onun iman gücü, möhkəm iradəsi və iti danışığı İbn Ziyadı qorxuya salmışdı. Ona görə də, onun həbs olunması üçün yüz qüvvəli məmur göndərmişdi.
 
Məmurlar Meysəmi Kufəyə gətirdilər. Meysəmin tutulması xəbəri İbn Ziyada çatdırıldı. İbn Ziyada Meysəmi belə tanıtdırmışdılar ki, o, həzrət Əlinin (ə) ən yaxın adamlarındandır. İbn Ziyadın göstərişi ilə Meysəmi onun hüzuruna gətirdilər. İbn Ziyad Meysəmin əhval-ruhiyyəsini yoxlamaq üçün ona dedi: “Allahın hara