Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair
Posted on : Ölkə 04/30/2019
Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.
Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.
Reportun xəbərinə görə, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.
Sənədə əsasən mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır.