Azərbaycanlı nusraçılardan xəbər paylaşan səhifə: İdlibdə kamikadze özünü partlatdı - VİDEO
Posted on : Ölkə 03/02/2019
İdlibin Duvar Nahl bölgəsində kamikadze terrorçu özünü "Nusra cəbhəsi" terrorçularının cəm olduğu "kafe"də partladıb
Tashaio.com xəbər verir ki, Suriyanın terrorçuların nəzarətində olan İdlib əyalətində kamikadze özünü partladıb.
Məlumata görə, terror aktı İdlibin Duvar Nahl bölgəsində "Nusra cəbhəsi" terrorçularının cəm olduğu "kafe"də baş tutub.
Hücum zamanı ölən və yaralananların olduğu önə çəkilir.
Terror aktı ilə bağlı videonu sosial şəbəkələrdə Azərbaycan və Türkiyədən terrorçulara qoşulanların xəbərlərini yayan "Şamın səsi" səhifəsi paylaşıb.
Qeyd edək ki, İdlib əyaləti "Nusra Cəbhəsi" (red: adını sonradan dəyişərək "Hayat Tahrir-aş Şam" qoyublar) terror qruplaşmasının nəzarətindədir. Onlarla ittifaqda olan daha kiçik; "Xurras - əd- din" və "Turkistan İslam partiyası" kimi qruplaşmalar İdlibdə müxtəlif kəndləri nəzarətdə saxlayırlar.
Onu da qeyd edək ki, İdlibdə 90-a yaxın kiçik qruplaşmalar mövcud idi. "Nusra cəbhəsi" xarici dövlətlərin köməyilə onların bir hissəsini məhv edib, bir hissəsini isə özlərinə beyət etdiriblər.
Olay yerinden başka bir görüntü pic.twitter.com/41eXwYTxD7
— Şamın Səsi (@ShaminSesii) 1 Mart 2019