header

 Azərbaycan prezidenti və Ermənistan baş naziri görüşdülər

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinian Davosda qeyri-rəsmi görüş keçirib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

Pashinian özünün Facebook səhifəsində bu barədə yazıb: “Biz danışıqlar prosesində hazırkı vəziyyət və sonrakı müzakirələr barədə fikir mübadiləsi etdik. Söhbət saat yarımadək çəkdi”.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bu il yanvarın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilmişdi.

Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirirdi ki, 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla “faydalı, çox müsbət fikir mübadiləsi” aparılıb.

Eyni zamanda vurğulanırdı ki, danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilib.

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinian Davosda qeyri-rəsmi görüş keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-23-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap