header

 Türkiyə 2018-ci ildə məhv etdiyi terrorçuların sayını açıqladı

Türkiyə müdaifə naziri hesabatla çıxış edib.

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə hökuməti 2018-ci ildə keçirdiyi anti-terror əməliyyatları ilə bağlı hesabat hazırlayıb.

Türkiyə müdafiə naziri Hülusi Akar bildirib ki, ötən il Türkiyə ordusu 147 irimiqyaslı hərbi əməliyyat keçirib; nəticədə 2398 terrorçu məhv edilib.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) terrorçuların 922 obyektinə, o cümlədən sığınacaqlar və silah anbarlarına zərbə endirib.

Akar bəyan edib ki, Türkiyədə Suriyada İŞİD terrorçuları ilə  mübarizəni 2019-cu ildə də davam etdirəcək.

Türkiyənin daxilindəki vəziyyətə gəlincə isə, burada ötən il terrorçuluqda şübhəli bilinən 75 min insan həbs edilib. Onların böyük hissəsi FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinir.

Türkiyə müdaifə naziri hesabatla çıxış edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-03-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap