Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır
Posted on : qafqaz 12/15/2018
Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfər şəxsin məhkəməsi başlayır.
Bir neçə maddə ilə ittiham edilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Əli Rzayev, Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev, Xəyal Qafarov və Qadir Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası Gəncə Ağır Cinayətlər Məhkəməsində 2019-cu ilin yanvarın 10-na təyin edilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Cinayət işində 17 zərərçəkmiş var. (report.az)