header

 Türkiyə prezidentinin sözçüsü ABŞ-ın Ankara əleyhinə saksiyalarına cavab verəcəyini bildirib

Türkiyə prezidentinin sözçüsü bildirib: Ankara ABŞ-ın Türkiyə əleyhinə hər hansı sanksiyasına qətiyyətli cavab verəcək.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın çərşənbə axşamı günü bir daha bildirib ki, Türkiyə casusluq və terror fəaliyyətlərində suçlanan amerikalı keşiş Andryu Brunsonla əlaqədar rəsmi Ankaraya qarşı ABŞ-ın istənilən sanksiyasına cavab verəcək. 

Türkiyə Milli Təhlükəsizlik Şurası da bir bəyanatda bildirib: Amerika rəsmilərinin Türkiyə əleyhinə işlətdikləri təhdid dili iki ölkə münasibətlərinə hörmətsizlikdir. 

Türkiyədə bir məhkəmə çərşənbə axşamı günü amerikalı keşişin ev dustaqlığından azad edilməsi üzrə müraciətini rədd edib. 

ABŞ prezidenti Donald Tramp son vaxtlar Türkiyəyə xəbərdarlıq edib ki, hökumət keşiş Brunsonu azad etməzsə, ABŞ Türkiyə əleyhinə ağır sanksiyalar tətbiq edəcək. 

Türkiyə hökuməti Andryu Brunsonu 2016-cı il oktyabr ayında terror və casusluq fəaliyyətləri və Fətulla Gülənlə əlaqədə olmaq ittihamı ilə saxlayıb və hazırda Türkiyədə ev dustaqlığındadır. 

Ankara Fətulla Güləni 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişinin səbəbkarı adlandırır. 

Türkiyə prezidentinin sözçüsü bildirib: Ankara ABŞ-ın Türkiyə əleyhinə hər hansı sanksiyasına qətiyyətli cavab verəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap