header

 İrəvanda Azərbaycanın işğal olunmuş rayonlarının qaytarılmasına çağırış edilib

Erməni Milli Konqresinin (Levon Ter Petrosyanın Partiyası - red) üzvü Zoya Tadevosyan jurnalistlərlə görüşü zamanı bəyanatla çıxış edərək bildirib ki, münaqişənin həlli üçün tələb olunarsa, işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı 7 rayon qaytarılmalıdır.

FaktXeber.com-un məlumatına görə, bu barədə Aysor.am xəbər verib.

Z.Tadevosyan  bəyan edib ki, Qarabağ müharibəsi zamanı «azad edilmiş» ərazilər Dağlıq  Qarabağa aid deyil.

«Biz bu əraziləri azad olunmuş adlandırırıq. Amma bu auditoriyada hamı yaxşı bilir ki, (sözügedən torpaqlar) ələ keçirilmiş ərazilərdir», - deyə o, vurğulayıb.

Jurnalistin «ələ keçirilmiş ərazilər» deyərkən nəyi nəzərdə tutduğu barədə sualına isə Zoya Tadevosyan sualla cavab verib: «Bəyəm oralar erməni torpağıdır?»

Ardınca «Hesab edirsinizmi ki, torpaqlar qaytarılmalıdır», sualına  Zoya Tadevosyan belə bəyan edib:

«Heç kəs məndən inciməsin, ancaq buna mən qərar vermirəm. Bu məsələ həmişə həmsədrlər tərəfindən qoyulub və ümumiyyətlə danışıqlar masasında müzakirə olunub. Hörmətli jurnalist, məndən incimək və məsul olmadığım nəyisə məndən tələb etmək lazım deyil. Əgər məsələ torpaqların qaytarılması yolu ilə həll olunacaqsa, bu, əlbəttə doğrudur. Əgər tərəflər  məsələni bu yolla həlli barədə razılığa gələcəksə, o zaman…»

Ermənistan tərəfinin bu torpaqları  «ələ keçirilmiş» yox, «azad edilmiş» hesab etdiyi barədə iradına isə Tadevosyan bəyan edib ki, bu, erməni tərəfinin mövqeyidir: Benəlxlq İctimaiyyət isə  bu əraziləri ələ keçirilmiş və ya işğal edilmiş kimi qəbul edir.

“Arsax xalqının”  bu mənada fikrini öyrənibmi suallına isə o, belə cavab verib: “Mən heç kimdən heç nə soruşmamışam,  sadəcə faktları sadalamışam”

Erməni Milli Konqresinin (Levon Ter Petrosyanın Partiyası - red) üzvü Zoya Tadevosyan jurnalistlərlə görüşü zamanı bəyanatla çıxış edərək bildirib ki, münaqişənin həlli üçün tələb olunarsa, işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı 7 rayon qaytarılmalıdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap