header

 Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.

"İslaminSesi.info" bildirir ki, Azərbaycanın nümayəndə heyətinə Dövlət Avtomobil Xidmətinin rəisi Həbib Həsənov İran nümayəndə heyətinə isə Nəqliyyat və Şəhərsalma Nazirliyinin idarə rəisi Reza Nəfizi rəhbərlik ediblər.
 
İclasda Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdıqları problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının hazırkı vəziyyətindən məmnunluq ifadə ediblər.
 
İclasın sonunda tərəflər arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.
Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap