Türkiyə ABŞ məhsulları üçün gömrük rüsumlarını artırdı
Posted on : Türkiyə 06/24/2018
Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi ABŞ məhsulları üçün gömrük rüsumlarının artırılmasından xəbər verib.
İRNA-nın məlumatına görə, Nihad Zeybəkçi NTV kanalına verdiyi müsahibədə ABŞ-ın Türkiyə istehsalı olan və ümumi dəyəri 260 milyon dollar olan məhsullar üçün gömrük rüsumunu artırmasına işarə edərək, deyib: Türkiyə hökuməti buna reaksiya olaaq, qarşılıqlı şəkildə ümumi dəyəri 266 milyon dollar olan ABŞ məhsulları üçün gömrük rüsumlarını artırıb.
N.Zeybəkçi əlavə edib: Ağ Ev yeni ticarət siyasəti ilə sözün əsl mənasında müxtəlif ölkələrə qarşı bir ticarət savaşı başladıb və ABŞ ticarət savaşını hər gün daha da alovlandırır.
Türkiyənin ticarət naziri həmçinin, deyib: ABŞ hökumətinin polad və alüminium üçün gömrük taariflərini artırmasının ardınca Ankara Türkiyənin adının bu qanuna şamil olmayan ölkələr siyahısına daxil edilməsini istədi. Amma, Ağ Ev bununla razılaşmayıb.
N.Zeybəkçi ABŞ məhsulları üçün gömrük rüsmlarının artırılması ilə əlaqədar Ankaranın qərarına gəlincə deyib: Ankara Türkiyənin milli maraqlarını müdafiə edir və bu qərar iki ölkə arasında konstruktiv danışıqlara bir növ dəstək sayılır.
Türkiyənin iqtisadiyyat naziri ABŞ-ın yeni ticarət siyasətini qəbuledilməz adlandırıb və deyib: Ağ Evin son rəftarları gerçəklikdən və məntiqdən uzaqdır.
N.Zeybəkçi Türkiyə hökumətinin yaranmış problemin danışıqlar yolu ilə həll edilməsinə səy göstərdiyini, amma, qarşı tərəfin hansısa müsbət addım atmadığını bildirib.
ABŞ prezidenti Donald Tramp 8 mart 2018-ci ildə ölkəyə idxal edilən polad və alüminium üçün müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu təyin edib.