Sarkisyan və Paşinyan bir-birini ifşa etməyə başlayıb
Posted on : qafqaz 06/21/2018
Erməninstanda məxməri inqilabdan sonra hüquq-mühafizə sistemi bərbad vəziyyətdədir.
FaktXəbər bildirir ki, bu barədə yerli "Joxovurd" qəzeti yazıb.
Ermənistanda təhlükəsizlik sahəsində yaranan xaosa səbəb hüquq mühafizəçilərinin bir-birini ifşa etməsidir.
Qeyd edək ki, baş nazir Nikol Paşinyana bağlı təhlükəsizlik qüvvələri sabiq prezident Serj Sarkisyanın "şillə vuranlar"ını ifşa etməyə başlayıb. Buna bariz nümunə sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryanın həbsini göstərmək olar.
Hazırda Ermənistanda Milli Təhlükəsizlik İdarəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və digər idarələrindəki işçilər gecəyə qədər öz iş yerlərində qalır və hətta istirahət günləri də işləyirlər.