header

 Putin: Ermənistanı regionda yaxın müttəfiq hesab edirik - VİDEO

"Rusiya Ermənistanı regionda yaxın tərəfdaşı və müttəfiqi hesab edir".

FaktXəbər bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə söyləyib.

Putin görüş zamanı həmçinin bildirirb ki, iki ölkə iqtisadiyyat və təhlükəsizlik məsələlərində yaxından tərəfdaşlıq edir: "Rusiyanın Ermənistana kapital qoyuluşu bütün xarici investisiyaların 35%-ni təşkil edir. Son vaxtlar ölkələr arasında mal dövriyyəsində 25% artım müşahidə olunur. Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarükü qabaqlayıcı sürətlə artır, təkcə ötən ay ərzində artım 38% təşkil edib. Bu, çox yaxşı dinamikadır, bunun nəinki qorunub saxlanmasına, həm də artırılmasına inanırıq".

"Ümid edirəm ki, münasibətlər beynəlxalq əməkdaşlıq xətti üzrə inkişaf edəcək. Xüsusilə, BMT-də, eləcə də regional təşkilatlar çərçivəsində bu günə qədər Ermənistan və Rusiya bir-birini dəstəkləyib",-deyə Putin əlavə edib.

"Rusiya və Ermənistanın strateji əməkdaşlığı müzakirə mövzusu olmamalıdır. Bu məsələ üzrə konsensus var və heç kim bu münsibətlərin vacibliyini şübhə altında qoymayacaq". Bu açıqlama ilə isə baş naziri Nikol Paşinyan Vladimir Putinlə görüşdə çıxış edib.

Paşinyan qeyd edib ki, iki ölkənin əməkdaşlığına yeni təkan vermək niyyətindədir. O, daha sonra siyasi və iqtisadi sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, hərbi-texniki, turzim sahələrində və eləcə də digər sahələrdə əməkdaşlığın tərəfdarı olduğunu dilə gətirib.
 
Bundan sonra görüş bağlı qapılar arxasında davam etdirilib.

"Rusiya Ermənistanı regionda yaxın tərəfdaşı və müttəfiqi hesab edir".
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap