Narazı kütlə İrəvanda meydanları boşaltmayıb- VİDEO
Posted on : qafqaz 04/26/2018
"Mənim addımım" hərəkatının lideri Nikol Paşinyanın paytaxt İrəvanda təşkil etdiyi aksiyalar davam edir.
FaktXəbər "1in.am" portalına istinadən bildirir ki, müxalifət lideri tərəfdarlarını mərkəzi küçələri müvəqqəti bağlamağı dayandırmağa çağırıb.
Nikol Paşinyan bununla belə narazı kütlə ilə birgə İrəvanda çoxsaylı aksiayaları yürüş şəklində davam etdirir.
11:26 - Ermənistanda narazı kütlənin lideri, deputat Nikol Paşinyan vacib açıqlama verib. FaktXəbər bildirir ki, o, "RBK"-ya müsahibəsində deyib ki, müvəqqəti baş nazir kimi təsdiqlənənə qədər kütləvi aksiyaları davam etdirəcək.
Paşinyan həmçinin söyləyib ki, parlamenti hakim partiya idarə etdiyi üçün, müvəqqəti hökumət rəhbəri postuna özü keçməlidir.
Müxalifət lideri Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə görüşdə qeyd edib ki, etiraz aksiyaları nə Rusiya, nə ABŞ, nə Avropa Birliyi, nə İran, nə də Gürcüstana qarşı yönəlməyib. O, vurğulayıb ki, aksiyaların səbəbi korrupsiya və səmərəsiz idarəçiliyə qarşı çıxmaqdır.