header

 Siyasi Məhbus Siyahısı yenilənib

“Siyasi məhbəs karuseli işini davam etdirir”

“Azərbaycanın siyasi məhbusları artır. Repressiyaları durduracaq adekvat reaksiya isə yoxdur”, – Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup yenilənmiş siyahısını açıqlayıb.

İşçi Qrup 2017-ci il, 28 avqustadək daxil olmuş və qrup üzvlərinin təşəbbüsü ilə təqdim olunmuş həbs işlərini araşdırıb. Yenilənmiş siyahıda 160 nəfərin adı var.
İşçi qrup əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında 158 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edib:

“İki iş hələ də müşahidə altındadır. Biz həmin işlərlə bağlı düzgün qərar vermək üçün müfəssəl məlumat və sənədlər əldə edə bilməmişik. Təsbit edilmiş 158 siyasi məhbusdan 10-u jurnalistlər və blogerlər, ikisi şair və yazıçı, biri hüquq müdafiəçisi, 11-i siyasi və ictimai fəal, 97-si inanclı fəal, üçü isə ömürlük məhbuslardır. Daha sonra siyahıya sosial etirazlarda iştirak etdiyi üçün həbs edilən 19 nəfər, iki keçmiş dövlət qulluqçusu daxil edilib. Siyahıdakı Siyasi Girovlar bölümündə üç nəfərin işindən bəhs edilir. Bunlar, tənqidçi qohumlarına təsir göstərmək, yaxud cəzalandırmaq üçün həbs edilən şəxslərdir. Daha on məhbus Səid Dadaşbəyli və digərlərinin işi üzrə həbs olunanlardır ki, İşçi Qrup onları da siyasi məhbus hesab edir”.

İşçi Qrup siyahının yenilənməsi, müşahidə altında olan və yeni işlərin araşdırılması üzrə işi davam etdirdiyini deyir:

“Beynəlxalq ictimaiyyət davam edən repressiyalara reaksiya verməlidir. Təəssüf ki, Azərbaycanın siyasi məhbəs karuseli işini davam etdirir”.

İşçi Qrup təəssüflə qeyd edir ki, siyasi motivli həbslərin nəinki arası kəsilmir, hökumət repressiya siyasətindən əl çəkməyəcəyini açıq nümayiş etdirir:

“Yenilənmiş rəqəmləri və işləri yerli və beynəlxalq qurumlara təqdim etməklə bərabər İşçi Qrup dünya ictimaiyyətini məsələnin effektiv həlli üçün səylərini artırmağa çağırır. BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara üz tutaraq tələb edirik: İnsan haqları və demokratiya məsələsinin avtoritar Azərbaycan hökuməti ilə danışıqlarda və işbirliyində alver predmeti kimi istifadə edilməsi, həmin hökumətin uzun illərdir vətəndaş cəmiyyətinə qarşı həyata keçirdiyi repressiyalara göz yuman siyasətinə son qoyulmalıdır”.

İşçi Qrup həmçinin Avropa Şurasının Parlament Assambleyası və Nazirlər Komitəsinə ünvanlanaraq Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edir:

“Bu laqeydlik ölkədəki repressiv rejimi vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir. ABŞ və Avropa Birliyi ölkələri hökumətlərinə səslənirik. Azərbaycanda insan haqlarına qarşı cinayətlər törədən şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edin”.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.

Yenilənmiş Siyahı İşçi Qrupuna kütləvi informasiya vasitələrindən, ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və yaxınlarından daxil olan məlumatlar və sənədlər, məhkəmə proseslərinin monitorinqi əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib edilib.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap