Seyyid Tahir Əl-Haşiminin azadçılığa çıxdıqdan sonra ilk danışığı
Posted on : Ədəbiyyat 10/16/2017 12:59:45 PM
Seyyid Tahir Əl-Haşiminin azadçılığa çıxdıqdan sonra ilk danışığı
1-
Şiə mütəfəkkiri və Ümumdünya Əhli-Beyt yığıncağı Misir flialının üzvü
Seyyid Tahir Əl-Haşimi demişdir: misirin təhlükəsizlik qüvvələri cüməaxşamı
günü evimə soxulub qanunsuz kitablarıma və şiəliyi təbliğ etdiyimə görə məni saxladılar.
O, Misir Əl-Əzhər universitetini sələfiçiliyin himayədarı adlandıraraq
açıqlamışdır: Əl-Əzhər sələfiçilərlə iş birliyindədir və vahid cəbhədə mübarizə
aparırlar. Əl-Əzhər və sələfiçilər öz təşəbbüslərilə müsəlmanların birliyinə xələl
yetirirlər. Onlar haqqa, həqiqətə çatmaq istəyən hər hansı bir adamla
müxalifdirlər. Onların təşəbbüslərini danışdıqları sözlərlə sübut etmək olar.
Misir Əssəqəleyn cəmiyyətinin sədri Ərəbistanın Yəmən əhalisinə təcavüzünə dair
Misir əhalisinin mövqeyi haqqında demişdir: Vəhabilər Misir mediyasına hakim
olduqlarına görə təcavüzün əvvəllərində səudiyyəliləri tam himayə edir və
Hövsiləri terrorçu qələmə verirdilər. O, sözlərinə davam etdirərək demişdir: Vəhabilər
həm də geniş təbliğat aparmaqla Livan hizbüllah partiyasını və İraq könüllü
qüvvələrini terrorçu və düşmən təqdim edirdilər. Misir mütəfəkkiri Əl-Əzhərin
İŞİD haqqındakı mövqeyinə işarə edərək xatırlatmışdır: Əl-Əzhərin hazırkı rəhbərləri
İŞİD-i təkfirçi bilsələr də başçılarının belə mövqeyi yoxdur. Bu da Səudiyyə
sülaləsinin və sələfiçilərin Əl-Əzhərə hakim kəsildiyini göstərir.