“Amerika dünya üçün ən böyük nüvə təhlükəsidir”
“Amerika dünya üçün ən böyük nüvə təhlükəsidir”
Posted on : Digər sahələr 09/05/2023
Amerika rəsmilərinin Çin və Rusiyanın imkanları və nüvə hərbi sənayesi ilə bağlı iddiaları Pekin hökumətinin kəskin reaksiyası ilə müşayiət olunub.
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian bunula bağlı Amerikanın dünya üçün ən böyük nüvə təhlükəsi olduğunu və Vaşinqtonun öz üstünlüyünü saxlamaq üçün istənilən vasitəyə əl atacağını bildirib.
Vu Pekində keçirdiyi mətbuat konfransında belə izah edib: “Amerikanın iddiaları köhnə mahnını təkrarlamaqdan başqa bir şey deyil. Onlar öz nüvə qüvvələrini qurmaq üçün bəhanə axtarırlar. Çin bu məsələyə qəti şəkildə etiraz edir”.