Sülhməramlıların komandanı Qarabağı tərk edib?
Sülhməramlıların komandanı Qarabağı tərk edib?
Posted on : Digər sahələr 08/28/2023
Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı dəyişdirilə bilər.
Bu barədə sosial şəbəkənin erməni seqmentində iddialar yayılıb.
Qeyd olunur ki, general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib. Onun yerinə yaxın vaxtlarda yeni təyinat olacağı gözlənilir.
Bəzi məlumatlara əsasən rusiyalı general-mayor Kirill Denisoviç Kulakov bu vəzifəyə gətirilir.
Hələlik, təyinatla bağlı Rusiya MN-dən hər hansı açıqlama yoxdur.
Azərbaycanda ondan ehtiyatlanırlar ki, yeni komandan Laçın dəhlizini açmaq tapşırığı ilə bölgəyə göndərilə bilər.