Ayətullahul-üzma Seyid Əli Xamenei: “Ərbəin yürüşü – Allahın lütf etdiyi çox böyük hadisədir
Posted on : Şəxsiyyətlər 11/08/2017
Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xamenei Ərbəin ziyarəti üçün yola çıxanların daha da artmasını təqdir edərək, İmam Hüseynin (ə) ziyarəti üçün Kərbəlaya doğru Ərbəin yürüşünü Allahın lütf etdiyi böyük hadisə adlandırıb.
Ayətullah Xamenei Tehranda tələbələrlə keçirdiyi görüşdə İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü – Ərbəin ziyarətinə ildən-ilə böyük coşqu ilə qatılımı yüksək dəyərləndirib.
“Allaha şükürlər olsun ki, İrandan, İraqdan, dünyanın müxtəlif ölkələrindən milyonlar bu yolu gedirlər. Ərbəin ziyarəti – Əhli-beyt (ə) aşiqlərinin öz İmamlarına (ə) olan məhəbbətinin əzəmətli simvoludur”, – deyə ali dini lider bildirib.