Qərb Əsəd hökumətini devirməkdən ümidini kəsib
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Fransada çıxan "Luqran Svar" qəzeti yazır: Suriyada müharibənin öz sonuna yaxınlaşması və Əsədin hələ də hakimiyyətdə olması Qərb dünyasını məyus edib.
Luqran Svar qəzeti
Bəşşar Əsədin hələ də iqtidarda olması və hakimiyyətini davam etdirməsinin Qərbi
məyus etdiyini yazıb.
Qəzet Suriya
ordusunun ardıcıl qələbələrinə işarə edərək, yazıb: Suriya ordusu hazırda
regionun güclü ordularından birinə çevrilib. Suriyalı hərbçilər var gücləri ilə
savaşırlar və müştərək bir qərargah tərəfindən idarə olunurlar. Onlar bir-biriləri
ilə yaxşı əməkdaşlığa və informasiya mübadiləsinə malikdirlər.
Yaxın Şərq məsələləri
üzrə analitik Şarmin Narvani də deyir: hazırda Suriya ordusu və dövləti BMT
TŞ-nin iki daimi üzvü olan Rusiya və Çin tərəfindən dəstəyə malikdir.