“Ərbəin”ə gedənlərin diqqətinə: yeni sərhəd buraxılış məntəqəsi açıldı
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə zəvvarların gediş-gəlişini asanlaşdırmaq məqsədilə İran-İraq sərhədində yeni buraxılış məntəqəsi fəaliyyət göstərəcək.
Cari ildən Ərbəin
yürüşündə zəvvarların gediş-gəlişi "Xosrəvi" sərhəd buraxılış məntəqəsindən
də həyata keçiriləcək. Bununla bağlı İraq tərəfi ilə razılıq əldə olunub. Bunu
Ərbəin Qərargahının sözçüsü Şəhriyar Heydəri deyib.
Ş.Heydəri
bildirib ki, ölkə əyalətlərinin bəzisi və bir sıra xarici ölkə vətəndaşları
"Xosrəvi" sərhəd-keçid məntəqəsi vasitəsilə Kərbəlaya gedə biləcək.
“Ötən illərdən "Xosrəvi" sərhəd-keçid məntəqəsi İraqdakı müqəddəs
yerlərə yaxın olduğu üçün diqqət mərkəzində idi. Hazırda Ərbəin yürüşü zəvvarlarının
qəbulu üçün bu sərhəd buraxılış məntəqəsində lazimi infrastruktur hazırdır”.
Qeyd edək ki,
Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır.
Bundan öncə Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd
buraxılış məntəqələrindən gediş-gəliş edə bilirdi.
Xatırladaq ki,
hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə
milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon
insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim
ilə 9 noyabr tarixinə təsadüf edir.
"Xosrəvi"
sərhəd buraxılış məntəqəsi İranın qərb bölgəsində Qəsre-Şirin şəhərində yerləşir.
Qəsri-Şirin İranın Kirmanşah əyalətinin mərkəzi şəhəridir. (mehrnews)/ Maide.Az