header

 İranın ilk yardım yükü Rohinca müsəlmanları arasında paylandı

İranın ilk humanitar yardım yükü Banqladeşdə Rohinca müsəlmanları düşərgələrində paylanılıb

İRNA-nın məlumatına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin Xilasetmə və Nicat Təşkilatının sədri Mürtəza Səlimi deyib: İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardım yükünün paylanılması əməliyyatının ilkin mərhələsi şənbə günü Banqladeşin Qırmızı Aypara Cəmiyyətinin nəzarəti altında Rohincalı müsəlman didərginlərin yerləşdiyi Oxya, Ton Kali və Kutubalanqu düşərgələrində həyata keçirilib.

 

Mürtəza Səlimi həmçinin deyib: İranın  humanitar yardım yükü dərman preparatları, zəruri hallarda istifadə edilməsi üçün nəzərdə tutulmuş ərzaq paketləri, çadırlar, odeyallar, palazlar və müxtəlif növ konservalardan ibarət olub. Ümumi çəkisi 40 ton olan bu yardım yükü Rohincalı müsəlman didərginlərin məskunlaşdığı düşərgələrdə paylanılıb.

 

O, həmçinin deyib: İranın Qırmızı Aypara Cəmiyyəti tərəfindən Rohinca müsəlmanları üçün nəzərdə tutulmuş humanitar yardım yükünün ümumu çəkisi 160 tondur. Bu yardımlar ərzaq məhsulları, dərman preparatları və sanitariya məhsullarından ibarətdir. Bu yardımlar bir neçə mərhələdə və qarşıdan gələn günlər ərzində təyyarə vasitəsi ilə Banqladeşə göndəriləcək.

 

Myanma ordusunun Raxin vilayətində Rohinca müsəlmanlarına hücum etməsi nəticəsində minlərlə nəfər həlak olub, 400 min nəfər isə Banqladeşə sığınmağa məcbur olub.

İranın ilk humanitar yardım yükü Banqladeşdə Rohinca müsəlmanları düşərgələrində paylanılıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:34 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap