Fransa Ərəbistanın Yəməndəki cinayətlərinin şərikidir
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Araşdırmalara əsasən Fransa Ərəbistana verdiyi modern silahlar ilə Yəmən xalqının qırğın edilməsində dolayısı iştiraka malik olub.
İRİB-nin
verdiyi məlumata görə, Fransada Silahlanmaya Nəzarət Mərkəzinin məlumatlarına
görə, Ərəbistan Livan ordusuna kömək adı altında Fransanın silah şirkətlərinə
külli miqdarda silah və hərbi təchizat sifariş edib. Amma, bu silahlar və hərbi
təchizatlar Livan ordusuna verilməyib və Ərəbistan onlardan Yəmənə qarşı təcavüzlərində
istifadə edib.
Bu məlumata görə,
artıq iki ildir ki, Yaxın Şərqin və hətta, dünyanın ən varlı dövlətləri
dünyanın ən yoxsul ölkəsi olan Yəmənə qarşı amansız savaşı davam etdirirlər.
Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar isə Yəmənə qarşı törədilən bütün
cinayətlərə göz yumaraq, sükut edir.
Fransa dünyanın
3-cü ən iri silah ixracatçısı olaraq Ərəbistan və müttəfiqlərinin ən böyük
silah təminatçılarından sayılır.