Qətər nümayəndəsinin İmam Əlidən (ə) hədis nəql etməsi Səud rəsmisini qəzəbləndirdi - VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
Qətərin Ərəb Birliyindəki nümayəndəsinin İmam Əlinin (ə) sözlərindən birinə istinad etməsi Ali Səud nümayəndəsinin qəzəbinə tuş gəlib
Qətərin Ərəb
Birliyindəki nümayəndəsi Sultan bin Səd əl-Mərixi birliyə üzv olan ölkələrin
xarici işlər nazirlərinin iclasında 37 dəqiqə çıxış edərək, bir sıra ərəb ölkələrinin
Qətərə qarşı olan hiylə və planlarından söz açıb.
Onun sözlərində
diqqət olunası və təəccüblü məqam isə İmam Əlinin (ə) hədisinə istinad etməsi
olub.
Əl-Mərixi öz
sözünə başlayarkən imam Əlinin (ə) sözlərindən birinə toxunaraq bildirib: “Ağamız
Əli (ə) sözlərindən birində belə buyurur: “Haqq əhli batil müqabilində susduğu
zaman batil özünün haqq olduğunu güman edər”. (youtubedəki videonun 22-ci saniyəsi)
Əl-Mərixinin
çıxışından sonra çıxış edən Səud nümayəndəsi bu sözlərə olan qəzəbini gizlədə
bilməyib.
Qeyd edək ki, Mərixinin
İran haqqında olan çıxışının bir hissəsi ərəb mediasının gündəminə düşmüşdü.
/ İslamazeri.com