ABŞ-da etiraz aksiyası - 13 nəfər saxlanılıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən etiraz aksiyasında 13 nəfər həbs edilib.
Buna səbəb məhkəmənin
cümə günü keçmiş polis əməkdaşı Ceyson Stoklinin qaradərili Entoni Lamar Smiti
2011-ci ildə güllələməsində təqsirsiz elan etməsi olub.
Polis məlumatına
görə, aksiyada iştirak edən etirazçılar “Qaradərililərində həyatı əhəmiyyət kəsb
edir”, “Ədalətli məhkəməkə yoxdursa, sülh də yoxdur”, “Dəyişiklik gəlir” kimi
şuarlar yazılan plakatlar qaldırıblar.
Qeyd edək
ki, 2011-ci ilin dekabrında Stokli və
onun həmkarı qaradərili Smiti narkotik vasitələrin yayılmasında şübhəli bilərək
saxlamağa çalışıb.
Avtomobil təqibindən
sonra Stokli avtomobildən düşərək gizlənməyə çalışan afroamerikalı Smitə 5 dəfə
atəş açıb. Qaradərili aldığı xəsarətlərdən hadisə yerində ölüb.(Qafqazinfo)