header

 Bəşər Əsəd Ayətullah Xameneiyə məktub göndərdi - MƏZMUN

Suriya Prezidenti Bəşər Əsəd İran Ali Rəhbərinə göndərdiyi təbrik mesajında, İran xalqının Suriya xalqını terrorizmə qarşı müharibədə dəstəklədiyini bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamaneiyə Suriya ordu qüvvələri və müqavimət güclərinin Deyr əz-Zor mühasirəsini qıraraq strateji nailiyyətlər əldə etdikləri üçün göndərdiyi təbrik məktubunda İran xalqı və hökumətinə Suriya ilə terrorizmlə mübarizədə əməkdaşlıq etdiyi üçün təşəkkür edib.

 

Suriya Prezidenti Əsəd mesajında İran İslam Respublikasının terrorizmə qarşı prinsipli mövqeyini təqdir edərək, İslam İnqilabı Rəhbəri, İran xalqı və hökumətinin daim Suriyanın hamisi olduğunu qeyd edib.

 

Bəşər Əsəd Suriya və İranın terrorizmlə mübarizəyə və bütün ölkələr və millətlər üçün bərabər izzət, ədalət və bərabərliyə əsaslanan beynəlxalq və regional nizamın qurulması üçün tərəfdaşlığına davam edəcəklərini vurğulayıb.

 

Qeyd edək ki, Suriya ordusu və müqavimət qüvvələri 5 sentyabrda 3 ildən sonra Deyr əz-Zoru İŞİD terror təşkilatının mühasirəsindən azad edilməsinə nail oldular.

Suriya Prezidenti Bəşər Əsəd İran Ali Rəhbərinə göndərdiyi təbrik mesajında, İran xalqının Suriya xalqını terrorizmə qarşı müharibədə dəstəklədiyini bildirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap