Allahşükür Paşazadə Mübariz Qurbanlının fikirlərini əsassız saydı
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
"Dövlət məscid ərazisinə müdaxilə etməməlidir"
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin
həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.
M. Qurbanlı Məhərrəm
ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən
toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin
həddindən artıq verilməsi düzgün deyil.
O qeyd edib ki,
buna nəzarət eləmək lazımdı: “Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin
səsi bir birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa
da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə
saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış
insanlara mane olur".
M. Qurbanlı əzadarlıqla
bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət
edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq
aradan qaldırılsın.
QMİ sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadə isə dövlətin qanuni səbəb olmadan məscid ərazisinə
müdaxilə etməsinin düzgün olmadığını bildirib.
"Cinayət tərkibli,
terror və s. bu tipli hadisələr olmadığı təqdirdə dövlət məscid ərazisinə
müdaxilə etməməlidir. Məscid dindarlara, din xadiminə verilən yerdir. Orada
ibadətin necə ediləcəyi onlardan asılıdır, kənardan müdaxilə düzgün deyil”, -
deyə A. Paşazadə qeyd edib.(APA)