İranlı general Kürdüstana səfər edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İranlı general Kürdüstana səfər edib
FaktXəbər-in
verdiyi məlumata görə, İranın İnqilab Keşikçilər Korpsunun "Qüds"
briqadasının komandanı general Qasim Süleymani İraqın Kürdüstan muxtariyyatına
səfər edib. Bu barədə "İSNA" agentliyi "Sky Press"ə istinadən
məlumat yayıb.
Bildirilir ki,
Yaxın Şərqdə böyük nüfuzu olan Qasim Süleymani İraqdan ayrılmaq istəyən
Kürdüstan Regional Rəhbərliyinin sədri Məsud Bərzani ilə görüş keçirib. General
Süleymani görüş zamanı Bərzanini inandırmağa çalışıb ki, Kürdüstanın İraqdan
ayrılmaq üçün referendum keçirmək istəyi ölkəni parçalayacaq.
Bu arada İraq
ordusunun nəzdində İŞİD terrorçularına qarşı döyüşən "Həşduş-Şəbi"
(xalq könüllüləri) ordu birləşməsinin komandan müavini Hadi Əl-Əmiri Nəcəf şəhərində
çıxışı zamanı bildirib ki, Kürdüstan bölgəsində referendum keçiriləcəyi təqdirdə
vətəndaş müharibəsi başlaya bilər.