header

 Myanmarı da Soros qarışdırır

Myanmarda baş verən hadisələrin arxasında Corc Sorosun adı hallanır. Sorosun maliyyələşdirdiyi təşkilatın məqsədi Çinə zərbə vurmaq və "ASEAN"ı (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) parçalamaqdır.

Beynəlxalq ictimaiyyət bir müddətdir ki, Myanmarın Arakan bölgəsindəki (Rohinqya müsəlmanları) hadisələrə sərt reaksiyalar göstərir. Bölgəni yaxından təqib edən ekspertlər baş verən böhranın arxasında qlobal güclərin olması qənatəinə gəliblər. Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar İnstitutunun direktor müavini Dmitri Yeqorçenkov bildirib ki, Çin və Myanmar arasındakı enerji əməkdaşlığından sonra Vaşinqton rəhbərliyi hərəkətə keçib. Rusiyalı politoloqun fikrincə, Corc Soros Myanmara maliyyələşdirdiyi "Birma Vəzifə Gücü" adlı təşkilat vasitəsilə müdaxilə edir: "Təşkilatın 2013-ci ildən bəri Myanmarda baş verənləri azlıqlara qarşı soyqırımı kimi tanıtdırır və ölkənin daxili işlərinə müdaxilə böhranı daha da dərinləşdirir".

 

Arakanda baş verənləri şərh edən Rusiya Fedarasiyası Elmlər Akademiyası Şərq Araşdırmaları İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniya Mərkəzinin direktoru Dmitri Mosyakov da böhranın səbəbini 3 səbəbdə görür. "Sputnik"ə müsahibə verən Mosyakov hadisələri belə şərh edir: "Birincisi, Çin Arakana çox böyük investisiyalar yatırdığı üçün bu, rəsmi Pekinə qarşı oyundur. İkincisi, Cənub-Şərqi Asiyada ekstremist qüvvələrin yaranmasına cəhd göstərilir. Üçüncüsü isə "ASEAN" (Myanmar ilə müsəlman əhalinin hakim olduğu İndoneziya və Malayziya arasında) daxilində qarşıdurmaları başlatmaq cəhdi var".

 

Qeyd edək ki, 2004-ci ildə Myanmarda enerji ehtiyatları kəşf edilib. 2013-ci ildə Myanmarın Kyaukphyu limanı ilə Çinin Kunminq şəhərini birləşdirən neft və qaz boru kəmərləri çəkib. Neft kəməri Pekinin Malakka boğazını keçərək, Orta Şərq və Afrikaya xam nefti daşımağa imkan verir. Həmçinin kəmər vasitəsilə təbii qaz boru xətti Myanmarın ofşor sahələrindən karbohidrogenləri Çinə daşıyır./ FaktXəbər

Myanmarda baş verən hadisələrin arxasında Corc Sorosun adı hallanır. Sorosun maliyyələşdirdiyi təşkilatın məqsədi Çinə zərbə vurmaq və "ASEAN"ı (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) parçalamaqdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap