Human Rights Watch: Səudiyyə Ərəbistan Yəməndə hərbi cinayət törədir
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İnsan Haqları üzrə beynəlxalq Human Rights Watch təşkilatı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə həyata keçirdikləri hərbi əməliyyatları hərbi cinayət adlandırıb
Təşkilatın
açıqlamasında bildirilir ki, son iki ay ərzində Ali Səud rejimin başçılıq
etdiyi koalisiya qüvvələrinin hərbi hava zərbələri nəticəsində 39
mülkü şəxs həlak olub ki, onlardan 26-sı azyaşlı uşaqdır.
Statistik məlumatlara
görə, beş hava hücumu nəticəsində 4 yaşayış binası və 1 mağaza qəsdən və
ya məsuliyyətsizlik üzündən hədəfə alınıb ki, bu da dinc sakinlərin
ölümünə səbəb olub. Bu konkret olaraq hərbi cinayət hesab olunur.
Təşkilat BMT
TŞ-nin sentyabrda keçiriləcək iclasında baş vermiş qanun pozuntuları ilə bağlı
beynəlxalq araşdırılma aparılmasına dair qərar qəbul etməsini tələb edib.
Qeyd edək ki,
BMT bazar ertəsi Yəməndə 5144 dinc sakinin öldürüldüyünü təsdiq edib. Qeyd
olunub ki, öldürülən yəmənlilərin əksəriyyəti Səudiyyə Ərəbistan
rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənə təşkil etdiyi hücumlar nəticəsində
həyatını itirib. BMT bu haqda beynəlxalq araşdırmanın aparılmasının
zəruriliyini vurğulayıb./ Maide.Az