Virtualaz indiyədək
bank sektorunun problemlərinə, əsas emissiya, maliyyə-kredit institutu
və bankların fəaliyyətinin nizama salınması səlahiyyəti verilmiş qurum
kimi Mərkəzi Bankın məsuliyyətini ayrıca vurğulayaraq, bir neçə analitik
yazı həsr edib.
Məlum
olur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov özü də kredit oliqarxı
hesab edilə bilər. Demə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə
həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub.
Devalvasiyadan əvvəlki məzənnə ilə bu təxminən 1 milyard dollar təşkil
edir.
Bank
mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün
“Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə
bankından götürüb və hələ də qaytarmayıb.
Azərbaycan
iqtisadiyyatının kreditləşməsinə və yeni layihələrin həyata
keçirilməsinə xüsusi ehtiyac duyulduğu, iqtisadi və maliyyə böhranının
yaşandığı bir dövrdə Mərkəzi Bank başçısının təşəbbüsü çox qəribə
görünür və təəccüb doğurur.