header

 Qədir-Xum gününə zinət verin! Bu, Vilayət bayrağını uca saxlamqdır

İmam Rza (ə) buyurub: Bu gün zinət günüdür...

Bu gün zinət günüdür. Kim özünü bu gün üçün bəzəsə Allah onun günahlarını əfv edər. Mələklər nazil olar, onun üçün savab yazar, dərəcəsini qaldırarlar. Ölsə şəhid kimi ölər, yaşasa xoşbəxt olar- İmam Rza (ə) belə buyurub.  (İqbalul-əmal.səh-778).

İmam (ə) öz mübarək kəlamı ilə müsəlmanların diqqətini Qədr-Xum gününə çəkmək istəyir. Bu günün diqqətdə olmasını istəyir. Çünkü bu gün əhəmiyyət baxımından İslamın ən mühüm günlərindən biridir. Bu günün bir neçə diqqət olunmalı məsələləri vardır ki, Qurani Kərim buna toxunub:

Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim (Maidə-3)


Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! (Maidə-67).

Bu günün qeyd olunmasının bir neçə cəhətdən mühüm əhəmiyyəti vardır ki, Quran bunları qeyd edib:

1-Dinin kamil olması- Peyğəmbərlər risalətinin sona çatması. Halbuki bu risalət ilk insan Həzrəti Adəmlə başlayır.


2-Nemətin tamam olması- Nemətlərin ən üstünü və yaradılışın hədəfi insandır (yəni insanın var olması) və insanın da vəzifəsi Allahı tanıma şərəfinə nail olmasıdır. Bu ali mərtəbə də ilahi lütf və inayətsiz (nemətsiz) mümkün deyil. Bü gün bəşərə bu yolda yürümək üçün kifayət edəcək qədər proqram verildi.


3-Bu gün din günüdür- 124 min peyğəmbərin min illərlə tikə-tikə, zəhmətlə, əmanət olaraq biri birinə ötürərək gətirdiyi ilahi dinlər vahid din olaraq İslamda birləşdi.


4-Kafirlərin məyus olduğu gündür- İslam düşmənləri artıq qarşılarında söz sahibi olan bir cəmiyyət gördülər.


5-İyirmi üç illik risalətə bərabər olan gün- Necəki Allah Təala buyurur: Bunu çatdırmasan risaləti çatdırmamış kimisən (Maidə-67). Bəşər yaranandan bəri bütün ilahi dinləri özündə ehtiva edən, onların peyğəmbərlik mirasına əmanətdar olaraq sahib olan İslam çatdırılacaq bu kəlimə ilə tamam olur-Vilayət və canişin.

Bütün bunlar dəyərdir, nemətdir, diqqət olunmalı mətləblərdir ki, İmam (ə) öz mübarək kəlamı ilə diqqətimizi bu kimi mətləblərə və bundan da artığına yönəltmək istəyir. Bu günü zinətləndirmək bütün bu dəyərləri yaşatmaqdır, diri tutmaqdır, vəhdətdir, ictimai birlikdir, Vilayət bayrağını dik tutmaqdır.


Y.Nuriyev/
İslaminSesi

İmam Rza (ə) buyurub: Bu gün zinət günüdür...
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap