HANSI GÜN BAYRAMDIR? – İMAM ƏLİNİN (Ə) KƏLAMINDA
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
HANSI GÜN BAYRAMDIR? – İMAM ƏLİNİN (Ə) KƏLAMINDA
İmam Əli (ə)
buyurmuşdur:
كُلُّ يَوْمٍ لايُعْصَى اللَّهُ فيهِ فَهُوَ عيدٌ؛
“Allaha itaətsizlik
və günah edilməyən hər bir gün bayram (şadlıq
və şənlik) günüdür.”[1]
Qeyd etməliyik
ki, bayram iki növdür: “təşrii” bayram və “təkvini” bayram.
Allah tərəfindən
bayram təyin olunan günlər “təşrii” bayram adlanır və sözsüz ki, bu günlər uğur
və qələbəliklə yanaşıdır; bəzən “Fitir” bayramı kimi nəfsi istəklərə qələbə
çalınan gün (insan mübarək Ramazan ayında öz nəfsi istəklərinə qələbə çalır), bəzən
“Qurban” bayramı kimi həcc əməllərini yerinə yetirməkdə müvəffəqiyyət qazanılan
gün, bəzən də “Qədir-Xum” bayramı kimi məsum bir imamın – Əmirəlmöminin Əlinin
(ə) müsəlmanlara imam və rəhbər təyin edildiyi gün.
“Təkvini”
bayramlar isə, həqiqətdə, təbiət aləminə qayıdışdır və təbiətlə əlaqəli olan
“Novruz” bayramı bu qəbildəndir.
Verilən hədisdə
imam Əli (ə) insanın öz nəfsi istəklərinə qələbə çalmasına müvəffəq olduğu,
şeytandan uzaqlaşdığı, özünün böyük düşmənini düşmən bildiyi, bir sözlə, Allaha
itaətsizlik etmədiyi günü “bayram” adlandırır.
الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ
بِوِلاَيَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلاَمُ
“Həmd olsun o
Allaha ki, bizi Əmirəlmöminin Əli (ə) və imamların vilayətinə sarılanlardan qərar
vermişdir!”
Rza Şükürlü
(Maide.az)
[1] “Nəhcül-bəlağə”, qısa kəlamlar 428.