Əminə Ərdoğan Myanma qaçqınlarına baş çəkməyə gedib
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Türkiyənin birinci xanımı Əminə Ərdoğan dünən Banqladeşə ronincalı qaçqın müsəlmanlarına baş çəkməyə gedib.
Türkiyənin
birinci xanımı Əminə Ərdoğan Arakan əyalətindən didərgin salınan və zülüm nəticəsində
Banqladeşə sığınan rohincalı müsəlmanlarına baş çəkib.
Anadolu Xəbər
Agentliyi Türkiyə Prezidentinin həyat yoldaşının bu səfərdən məqsədinin
Myanmanın Arakan əyalətindəki insanlıq faciəsinə diqqət çəkmək olduğunu
bildirib.
Mənbədə qeyd
olunub ki, burada Ailə və Sosial İşlər Naziri Fatimə Bətul Sayan Qaya və bu
ziyarətdə Ədliyyə və İnkişaf Partiyasının İnsan hüquqları üzrə sədr köməkçisi
Kaoji Qan və digər rəsmi şəxslər ilə birlikdə Amina Ərdoğanın köməkçisi olan
oğlu Bilal Ərdoğan və başqa məsul şəxslər olub.
Agentliyin verdiyi
məlumata görə, Türkiyənin birinci xanımı "müşayiət edən nümayəndə heyəti
ilə Bangladeşdə Rohinca sığınacaqlarını ziyarət edəcək, onlarla şəxsən görüşəcək
və bu ziyarətin "Türkiyənin bölgədəki müsəlmanların azadlığı üçün quracaqı
humanitar körpü hazırlığını tamamlanması"na xidmət edəcək.
Həmçinin qeyd
edilir ki, bu baxımdan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Türk
heyətinə qatılmaq üçün Banqladeşə yola düşüb./
İslaminSesi.info