header

 ABŞ rəsmiləri "Hizbullah"ın qələbələrinə görə narahatdır

ABŞ-ın BMT-dəki nümayəndəsi UNIFEL-in Livan "Hizbullah"ına təzyiqlərini artırmasını istəyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley sionist mətbuatdan "Jaruselam Post" qəzetində yazdığı qeyddə UNIFEL-in vəzifə müddətinin uzadılmasının "Hizbullah"ın sionist rejimə qarşı fəaliyyətlərinin azalmasına səbəb olmasını arzulayıb.

 

Haley Livan "Hizbullah"ının ən azı 100 jurnalist və mətbuat nümayəndəsinə, öz hərbi və silahlı qabiliyyətlərini araşdırma proqramı təşkil edəcək qədər güclü və qorxusuz olduğunu deyib.

 

"Hizbullah"ın uzun müddətdən bəri sionist rejim ilə müharibəyə hazırlaşdığını iddia edən Haley, təşkilatın raket bazaları və insan gücünün iki dəfə artırmasına baxmayaraq UNIFEL-in "Hizbullah"ın fəaliyyətlərini əngəlləmək üçün öz səlahiyyətlərindən istifadə etmədiyini iddia edib.

 

Haley UNIFEL-in vəzifə müddətinin uzadılması ilə, artıq ABŞ-ın "Hizbullah"a daha çox təzyiq tətbiqetmə zamanının gəldiyini, çünki "Hizbullah"ın hədəfi olan İsraillə müharibə və fəaliyyətlərinə davam etdiyini deyib.

 

Bu hərəkatının Suriya sərhədində Ərsal bölgəsini başda "Nusra Cəbhəsi" olmaqla terrorçulardan təmizləməyə nail olması sionist İsrail rejimi və ən böyük dəstəkçisi ABŞ-ın narahat olmasına səbəb olub. / İslamazeri.com

ABŞ-ın BMT-dəki nümayəndəsi UNIFEL-in Livan "Hizbullah"ına təzyiqlərini artırmasını istəyib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap