header

 Amerika; Deyrəzzurun azad edilməsinin gecikməsinin başlıca səbəbi

Suriya ordusu və müttəfiq qüvvələrin əməliyyat komandanlığı Deyrəzzurun azad edilməsi əməliyyatındakı gecikməyə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.

İRNA-nın məlumatına görə, Suriyalı qüvvələrin ilk bölməsi bazar ertəsi günü 3 ildir ki, terrorçuların mühasirəsində olan Deyrəzzurun mühasirəsini yararaq, bu şəhərə daxil olmağı bacarıb.

 

Bu məlumata görə, Suriya ordusu və müttəfiq qüvvələrin əməliyyat komandanlığı bazar ertəsi günü axşam bir bəyanat yayaraq, Deyrəzzurun 3 illik mühasirəsinin yarılmasından xəbər verib. Bəyanatda deyilir: ABŞ və başçılıq etdiyi koalisiyanın terrorçuları himayə etməsi və Deyrəzzurun azad edilməsi əməliyyatına mane olması, Deyrəzzurun azad edilməsi əməliyyatının təxirlə üzləşməsinə səbəb olub.

 

Suriya ordusu və müttəfiq qüvvələrin birgə əməliyyat otağı öz bəyanatında ABŞ-ın başçılıq etdiyi koalisiyanın İŞİD terror qruplaşması ilə əməkdaşlığına dəlalət edən danılmaz faktların olduğunu bildirib və deyib: Terrorçu dəstə başçılarının ötən aylar ərzində döyüş bölgəsindən çıxarılaraq, təhlükəsiz məntəqəyə köçürülməsi və əsir alınmış İŞİD terrorçularının etirafları ABŞ-ın terrorçuları himayə etməsi və regionla bağlı çirkin niyyətlərə malik olmasının nişanəsidir.

 

Neftlə zəngin olan Deyrəzzur şəhəri 14 iyul 2014-cü ildən bəri İŞİD terrorçularının mühasirəsi və nəzarəti altındadır. Şəhər sakinlərinə yardım sadəcə hava yolu ilə çatdırılır.

Suriya ordusu və müttəfiq qüvvələrin əməliyyat komandanlığı Deyrəzzurun azad edilməsi əməliyyatındakı gecikməyə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap