İran 21 ölkəyə nanotexnologiya ixrac edir
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İran nanotexnologiyalar sahəsində öndə gedən ölkələrdən biridir və dünya reytinqində 6-cı yerdə qərarlaşıb.
“ParsToday”-ə
istinadən, İranın Nanotexnologiyaların İnkişafı üzrə Qərargahının Sənayenin
İnkişafı qrupunun direktoru Əli Tahari bildirib ki, İran İslam Respublikası
dünyanın 21 ölkəsinə nano-məhsul ixrac edir.
“İranın
istehsal etdiyi nano-məhsullar dünya bazarında uğur qazanıb və 21 ölkəyə ixrac
edilir. Bu ölkələr arasında Avstraliya, Almaniya, Çin, Cənubi Koreya, Avstriya
və Rusiya da var.”, - deyə o qeyd edib.
İranda
nano-liflərin istehsalı üçün qurğuların hazırlanması haqda xatırladan Tahari əlavə
edib: “İranda nano-liflərin seriyalarla istehsalı start götürdükdən sonra, bu məhsul
Cənubi Koreyaya ixrac edilməyə başladı və həmçinin Çinlə də ixraca dair müqavilə
imzalandı.”
Qeyd edək ki,
İran nanotexnologiyalar sahəsində öndə gedən ölkələrdən biridir və dünya
reytinqində 6-cı yerdə qərarlaşıb.