header

 Fədək bağı və onun son taleyi

Zilhiccənin 14-u Fədək bağının Həzrəti Peyğəmbər (s) tərəfindən Xanım Zəhraya (ə) verildiyi gündür.

Zilhiccənin 14-u Fədək bağının Həzrəti Peyğəmbər (s) tərəfindən Xanım Zəhraya (ə) verildiyi gündür. Fədək Xeybər qalası yaxınlığında Mədinədən 120 km aralıda Hicazda yerləşən böyük bir kənd idi. Bu kəndin böyük xurma bağları vardı. Xeybər qalasi fəth ediləndən sonra yaxınlığda yerləşən yəhudilər Peyğəmbərin (s) yanına öz elçilərini ğöndərib sülh razılaşması bağladılar və Fədək bağını da Peyğəmbərə (s) hədiyyə etdilər.

 

Muhədislərin (hədis yazanlar) fikir birliyi budur ki, Fədək Peyğəmbərin (s) xüsusi mülki idi. Tarixçilər və təfsirçilər Həşr surəsinin 7-ci yaəsinə əsasən dinc yolla əldə edilən və Quranda “Fəy” adlanan qəniməti Allah Rəsulu (s) isdədiyi şəxsə pay verə bilərdi:

 

Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.

 

Bu ayəyə və ayədə ki qohum-əqrəba kəliməsinə istinad olaraq Peyğəmbərin (s) Xanım Zəhraya (ə) verdiyi Fədək bağı artıq Xanımın (ə) mülkü sayılırdı (Fəxri Razi- Məfatihul-ğeyb-cild-29.səh-506) (Təfsiri-Mizan-cild-19.səh-203).

 

Fədək bağı Peyğəmbər (s) sağ olduğu vaxtda Xanımın (ə) mülkiyyəti idi (Təbərisi. Əl İhticac-cild-1. Səh-91).

 

Lakin Əbu Bəkr xəlifə olduqda Fədəki Xanımıın əlindən aldı və müsadirə edib xilafətin ümumi malına qatdı (Usuli Kafi-1. Səh-543) (Şeyx Mufid-Əlmuqnia-289).

 

Xəlifə Ömərin və Osmanın vaxtında da geri qaytarılmadı (Bilazəri. Futuhu Buldan.cild-1. Səh-36).

 

Fədək sonrakı illərdə də xəlifələrin mülkündə qalmışdı. Lakin zaman zaman müxtəlif Əməvi və Abbasi xəlifələri Fədək bağını Zəhra (ə) övladlarına qaytarmış, sonrakı xəlifə isə əllərindən almışdır. Məsələn Əməvi xəlifəsi Ömər ibn Əbdül Əziz, Əbul-Abbas Səffah, Mənsur Abbasinin oğlu Məhdi və Xəlifə Məmunun vaxtında Fədək Zəhra (ə) övladlarlna həqiqi irsləri olaraq geri qaytarılmışlar. Lakin sononcu dəfə Məmundan sonra Mütəvəkkil Abbası Fədəki onların əlindən almış və bir daha geri qaytarılmamışdır. Tarixi kitablarda da sonralar Fədək barədə daha heçnə qeyd edilmir. / İslaminSesi.info

Zilhiccənin 14-u Fədək bağının Həzrəti Peyğəmbər (s) tərəfindən Xanım Zəhraya (ə) verildiyi gündür.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap