header

 Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin durumu ağırdır

Qobustan qapalı həbsxanasında saxlanılan Taleh Bağırzadənin işgəncələrə məruz qaldığı və "kars"a salındığı bildirilir. Bu barədə ilahiyyatçının vəkili məlumat verib.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə Qobustandakı qapalı həbsxanada dəhşətli işgəncələrə məruz qalıb. İşgəncə nəticəsində Taleh Bağırzadənin vəziyyətinin pisləşdiyi və hazırda durumunun ağır olduğu bildirilir.

 

İlahiyyatçının vəkili Yalçın İmanov bildirib ki, müvəkkili ilə görüş üçün orderin surətini və müvafiq məktubu xeyli vaxtdır ki, Penitensiar Xidmətə göndərsə də, hələ ki, cavab gəlməyib. Bu səbəbdən vəkil Taleh Bağırzadə ilə görüşə bilmir.

 

Nardaran işi üzrə məhkum edilmiş və hökmə əsasən, cəzasının 7 ilini Qobustan həbsxanasında çəkməli olan məhbusların –  Abbas Hüseynov və Cabbar Cabbarovun yaxınları da məhbusların vəziyyətinin ağır olmasından xəbər veriblər.

 

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Nardaranda keçirdikləri və altı nəfərin ölümü ilə nəticələnmiş əməliyyat zamanı həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

 

Bu məhbusların vəkilləri həbsdə müvəkkillərinin işgəncələrə məruz qalmasının Azərbaycan hökumətinin  "İslam Həmrəyliyi" şüarı ilə düz gəlmədiyini bildirirlər. Azərbaycan hökuməti cari ili bu ölkədə "İslam Həmrəyliyi İli" elan edib.

Qobustan qapalı həbsxanasında saxlanılan Taleh Bağırzadənin işgəncələrə məruz qaldığı və "kars"a salındığı bildirilir. Bu barədə ilahiyyatçının vəkili məlumat verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap