header

 Yəmənin cənubunda Ərəbistan və BƏƏ arasında iqdisadi müharibə

Yəmənin cənubunda Ərəbistan və BƏƏ arasında siyasi, iqtisadi və təhlükəsizlik çəkişmələrinin ardınca BƏƏ hökuməti Yəmənin istefaya getmiş dövləti və Ərəbistana qarşı iqtisadi təzyiqlərdən istifadə etməyə başlayıb.

Yəmən əleyhinə koalisiya təlaş edir ki, istefaya getmiş və qaçmış prezident Mənsur Hadinin əli ilə bu ölkənin sərvətini tarac etsin. Bu arada Ərəbistan və BƏƏ koalisiyanın iki aparıcı ölkəsi kimi Yəmənin cənub əraziləri, neft yataqları və iqtisadi bölgələri üstündə çəkişir. Bu çəkişmələr son vaxtlar daha çox büruz etmişdir, hətta, BƏƏ xaricdə çap olmuş əskinasların Ədənə daxil olmasına mane olur.

 

BƏƏ bu hərəkətlə istefaya getmiş Mənsur Hadinin əlində olan Mərkəzi Bankı etibardan salmağa çalışır, Ərəbistanın dəstəklədiyi hökumətə zərbə vurmaq istəyir. Üstəlik, bu məsələ dövlətdə valyuta çatışmamazlığı, işçilərinin maaşını ödəyə bilməmək kimi bir sıra əsaslı problemlər yaradacaq. Ona görə də BƏƏ-nin bu hərəkəti Ərəbistanın siyasi, iqtisadi və hərbi dairələrində söz-söhbətlərə səbəb olmuşdur. Vəziyyət o qədər gərginləşmişdir ki, hər an BƏƏ və Ərəbistan hərbi qüvvələri arasında qarşıdurma baş verə bilər.

Yəmənin cənubunda Ərəbistan və BƏƏ arasında siyasi, iqtisadi və təhlükəsizlik çəkişmələrinin ardınca BƏƏ hökuməti Yəmənin istefaya getmiş dövləti və Ərəbistana qarşı iqtisadi təzyiqlərdən istifadə etməyə başlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap