MKİ-nin sabiq rəisi: Trampın sözləri milli biabırçılıqdır
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Amerikanın casusluq orqanının sabiq rəisi Trampın sözlərini biabırçılıq adlandırıb.
CNN
telekanalının məlumatına görə, ABŞ prezidenti Donald Trampın sözlərinə reaksiyalar
davam etməkdədir. Tramp son çıxışında Virciniyadakı irqçiliyə etiraz edənləri
ağdərililərin irqi üstünlüyü və ifratçı irqçilik baxışlarına malik kəslərlə bərabər
tutmuşdu.
Amerika Mərkəzi
Kəşfiyyat İdarəsinin sabiq rəisi Con Berinen Trampın bu sözlərinə reaksiyad
deyib: Cənab Trampın sözləri və bu sözlərin əks etdirdiyi inamlar milli
biabırçılıqdır və bütün vicdanlı amerikalılar bu çirkin və təhlükəli sözləri
pisləməlidirlər.
Əgər cənab
Trampın bu qeyri-aqilanə yoldakı hərəkətini davam etdirməsinə icazə verilərsə,
o, Amerika cəmiyyətinə və bizim dünyadakı yerimizə uzunmüddətli bir zərbə
vuracaqdır. Cənab Tramp amerikalıların ümumi gələcəyi və milli təhlükəsizliyini
böyük xətər qarşısında qoyubdur.