Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlər artıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin sayı 32,1 faiz artaraq 688 nəfər olub ki, onların da 76,5 faizini qadınlar təşkil edir.Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin sayı 32,1 faiz artaraq 688 nəfər olub ki, onların da 76,5 faizini qadınlar təşkil edir.
Azərbaycanda
qeydə alınmış cinayətlərdən 567-si məişət zorakılığı ilə bağlı olub ki, bu da
ötən ilin müvafiq dövrünün göstəricisindən 30,6 faiz çoxdur.
Bu barədə
Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məişət
zorakılığı ilə bağlı cinayətlərin 10,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər
tərəfindən, 8,5 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində
baş vermiş cinayətlərin 5,6 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd,
2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 90,3 faizi qəsdən sağlamlığa az
ağır və yüngül zərər vurma, 0,4 faizi əzab vermə, 1,2 faizi isə digər cinayətlərə
aiddir.
Məişət
zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin sayı 32,1 faiz artaraq 688 nəfər
olub ki, onların da 76,5 faizini qadınlar təşkil edir.
Ümumilikdə
2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 13 182 cinayət faktı qeydə
alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisinə nisbətən 7,5 faiz
azdır.
Əhalinin hər
100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki
illə müqayisədə 9,5 faiz azalaraq 134 olub. Onların 55,6 faizi az ağır, 30,2
faizi böyük ictimai təhlükə törətməyən, 14,2 faizi ağır və xüsusilə ağır cinayətlərə
aiddir./ İslamazeri