İranlı general “Kürdüstan”ın müstəqillik referendumu ilə bağlı ciddi xəbərdarlıq edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
“İran və Türkiyə İraq-Kürdüstanında istiqlaliyyətlə bağlı keçirilən referendumun əleyhinədir və bu iş baş tutmamalıdır”
FarsNews-a
istinadən, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmmədhüseyn
Baqiri Türkiyəyə səfəri zamanı deyib.
Məhəmmədhüseyn
Baqiri Ankarada Rəcəb Təyyib Ərdoğanla görüşü zamanı bölgənin təhlükəsizlik,
terrora qarşı mübarizə və qarşılıqlı əlaqələr məsələsində müzakirələr
aparıblar.
İranın Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi İraq-Kürdüstan muxtariyyətində keçirilməsi nəzərdə
tutulan istiqlaliyyət referendumu haqda deyib:
“İki ölkə rəsmilərinin
fikrinə görə İraq-Kürdüstanında istiqlaliyyətlə bağlı referendumun keçirilməsi
məsələsi daha mühümdür. İki ölkə rəsmiləri bu referendumun İraq daxilində
qarşıdurmalara səbəb olacaq və onun nəticələri qonşu ölkələrə də sirayət edəcək.
Bu məsələ üç ölkəni İraq, Türkiyə və İranı ehtiva edəcək. Buna görə iki ölkənin
rəsmiləri bildirir ki, bu iş mümkün deyil və o baş tutmamalıdır.”
Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi Rəcəb Təyyib Ərdoğanın İrana rəsmi səfərə gələcəyindən xəbər
verib.
Qeyd edək ki,
İraqda Kürdüstan Regional Hökuməti gələn ay istiqlaliyyətlə bağlı formal
referendum keçirmək niyyətindədir. / İslaminSesi.info