header

 Səudiyyədə son 10 gündə ikinci şahzadə öldü

Səudiyyədə son 10 gündə ikinci şahzadə öldü

Səudiyyə Ərəbistanında kral ailəsinin daha bir nümayəndəsi qəflətən həyatını itirib. Bu dəfə şahzadə Bəndər bin Fəhd ibn Səəd bin Əbdürrəhman əl-Səudun ölüm xəbəri yayılıb.

 

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi "SPA" şahzadənin ölümünü təsdiqləyən xəbər versə də, onun ölümünün səbəbləri barədə heç bir məlumat verməyib.

 

Qeyd edək ki, avqustun 8-i kral ailəsinin nümayəndələrindən olan şahzadə Salam bin Səd bin Turki Əl-Səud qəflətən həyatını itirmişdi. 26 yaşlı şahzadənin ölümünə səbəb kimi ürək çatışmazlığı göstərilmişdi.

 

Şahzadələrin ölümündən öncə mediada Səudiyyə Ərəbistanında taxt-tacının varisi, vəliəhd şahzadə Məhəmməd bin Salmana qarşı sui-qəsd cəhdinin olması barədə məlumat getmişdi. Şahzadə Məhəmmədi öldürməyə çalışan adamın Səudiyyə Ərəbistanı Kral ailəsindəki şahzadələrdən olduğu deyilirdi. Ehtimal edilir ki, qəflətən ölüm xəbəri yayılan şahzadələr məhz sui-qəsddə iştirak etmiş şəxslərdir./ FaktXəbər

Səudiyyədə son 10 gündə ikinci şahzadə öldü
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap