header

 Qubad İbadoğlu bəyanat yaydı

Qubad İbadoğlu bəyanat yaydı

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu dünən "Turan" informasiya agentliyinin ofisində aparılan axtarışla bağlı bəyanat yayımlayıb.  Bəyatanda deyilir:

 

"Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələrinin "Turan" İnformasiya Agentliyində axtarışını sifarişli hesab edir, onu müstəqil mediaya qarşı təzyiq kimi qiymətləndirirəm. Belə ki, "Turan" informasiya agentliyi nəinki şəffaf və hesabatlı fəaliyyəti ilə seçiib, həmçinin dövlət orqanlarının bu sahədəki nöqsanlarına həsr olunmuş yüzlərlə analitik yazı dərc edərək, özünün qanunun aliliyinə və bu dəyərlərə hörmətini dəfələrlə nümayiş etdirib. "Turan" informasiya agentliyi Azərbaycan media tarixində önəmli yer tutan, peşəkar və qərəzsiz fəaliyyəti ilə müxtəlif mövqelər arasında balansı gözləyən müstəqil informasiya mənbəyi kimi uzun illərin sınağından çıxaraq hazırkı maliyyə çatışmazlığı və çətinliklər şəraitində daimi sifətini qoruyan, ağıllı layihələri ilə oxucuların rəğbətini qazanan azsaylı media instututudur və əsil jurnalistika məktəbidir. Odur ki, "Turan" informasiya agentliyinə qarşı təzyiqər bir daha göstərdi ki, Azərbaycanda mövcud hakimiyyət alternativ fikirə, müstəqil düşüncəyə, analitik şərhlərə və mövqelərə qarşı amansız və dözümsüzdür."


Qubad İbadoğlu bəyanat yaydı
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap