Şəri-dini suallara cavablar - SUAL68
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
“Səcdeyi-səhv” necə yerinə yetirilir?
NAMAZIN HÖKMLƏRİ
SUAL 68: “Səcdeyi-səhv” necə yerinə yetirilir?
Bütün mərcəi-təqlidlərin
rəyi: “Namazdan sonra dərhal “səcdeyi-səhv”
niyyət ilə səcdəyə gedərək (alını səcdəsi düzgün оlan bir şeyin üzərinə
qoyaraq) deyilir: “Bismillahi və billahi, əs-səlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi
və bərəkatuh”. Sonra başı səcdədən qaldırıb oturmaq və yenidən səcdəyə gedib həmin
zikri demək lazımdır. İkinci səcdədən qalxıb təşəhhüd və salam deyilir.
(Ehtiyat budur ki, təşəhhüddən sonra son salamla kifayatlənilsin.)
(“Tozihul-məsail”,
mərcəi-təqlidlər, məsələ 1250; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ
1259; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1251; Ayətullah
Xameneinin dəftərxanasından sorğu.)
QEYD:
Ayətullah Məkarim
Şirazi: Səcdeyi-səhvdə bədənin örtülməsi,
üzü qibləyə oturmaq, dəstəmazlı və təharətli olmaq da şərtdir.
Ayətullah Behcət: Vacib ehtiyata əsasən, səcdeyi-səhvdə bədəni örtmək, üzü qibləyə
oturmaq və dəstəmazlı olmaq lazımdır. /Maide.az/info