header

 PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) NƏZƏRİNDƏ ƏN PİS İNSAN

Ailə üzvləri ilə rəftar iman və əxlaqın ölçüsündə ən gözəl meyardır və hər kəs əhli-əyalına sədaqət və məhəbbət nümayiş etdirirsə, bu, onun imanı və gözəl əxlaqının göstəricisidir.

İmam Rza (ə) İslam Peyəmbərindən (s) belə nəql edir:

 

أَحْسَنُ‏ النَّاسِ‏ إِیمَاناً أَحْسَنُهُمْ‏ خُلُقاً وَ أَلْطَفُهُمْ بِأَهْلِهِ وَ أَنَا أَلْطَفُکُمْ بِأَهْلِی؛

 

“İnsanların iman baxımından ən yaxşısı gözəl əxlaqa sahib olan, əhli-əyalı ilə mehriban davranan şəxsdir və mən öz əhli-əyalıma qarşı mehribanam.” (“Üyunu əxbarir-Riza”, 2-ci cild, səh.38.)

 

Göründüyü kimi, bu rəvayətdə Peyğəmbəri-Əkrəm (s) imanın inkişafında əhli-əyalla yaxşı rəftarı diqqət mərkəzində saxlayırsa, digər tərəfdən, başqa bir rəvayətdə əhli-əyalını incidən və onlarla kobud rəftar edən şəxsi də məzəmmət edir və “insanların ən pisi” kimi tanıtdırır:

 

شَرُّ النّاسِ الضَّیِّقُ [المُضیقُ] عَلى اَهْلِهِ، قالوا یا رَسُولَ اللّهِ وَ کَیْفَ یَکُونُ ضَیِّقا عَلى اَهْلِهِ؟ قالَ: الرَّجُلُ اِذا دَخَلَ بَیْتَهُ خَشَعَتِ امْرَأَتُهُ وَ هَرَبَ وَلَدُهُ وَ فَرَّ فَاِذا خَرَجَ ضَحِکَتِ امْرَأَتُهُ وَ اسْتَأْنَسَ اَهْلُ‌بَیْتِهِ؛

 

“Əhli-əyalına çətinlik yaradan şəxs insanların ən pisidir.” O həzrətdən: “Ey Allahın Rəsulu! Əhli-əyala çətinlik yaratmaq necə olur?” – deyə soruşdular. Həzrət buyurdu: “Kişi evə daxil olduqda həyat yoldaşı qorxu hissi keçirər, övladları qaçıb gizlənər. Evdən çıxdıqda isə, həyat yoldaşı sevinər və əhli-əyalı bir-biri ilə ünsiyyət qurar.” (“Məcməuz-zəvaid və mənbəul-fəvaid”, 8-ci cild, Səh.25.) 

 

Maide.az/info

Ailə üzvləri ilə rəftar iman və əxlaqın ölçüsündə ən gözəl meyardır və hər kəs əhli-əyalına sədaqət və məhəbbət nümayiş etdirirsə, bu, onun imanı və gözəl əxlaqının göstəricisidir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap