header

 İŞİD-çilər öz başçılarından beşini edam ediblər

İŞİD terror qrupu İraqın Ələnbar vilayətinin Ənnə şəhərində öz başçılarından beşini edam edibdir.

Əlaləm telekanalının məlumatına görə, Ələnbarda köçəri tayfalar üzrə səfərbər qüvvələrin komandanlarından olan Qutri Əlubeydi bu gün Əlsuməriyyə telekanalına belə deyib: Bu beş "İŞİD-çi başçı" iraqlı qüvvələrin hücumları qarşısında süstlük və acizlik ittihamı ilə edam olunub.

 

İraq ordusunun yeddinci bölməsinin qüvvələri, eləcə də "Ada" əməliyyatının komandoslar diviziyası və köçəri tayfalar üzrə səfərbər qüvvələr bir neçə gün bundan öncə önləyici bir əməliyyatda İŞİD-çilərə hücum edərək, onların azı otuz nəfərini öldürüb və ya yaralayıblar.

 

Təqribən iki həftə bundan öncə də Ərrəmadinin cənubunda 40 İŞİD-çinin cəsədi basdırılmış kütləvi bir qəbir aşkar edildi.

İŞİD terror qrupu İraqın Ələnbar vilayətinin Ənnə şəhərində öz başçılarından beşini edam edibdir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap