İmam Əlinin (ə) qocaya, orta yaşlıya və gəncə nəsihəti
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Kəlamları Allahı sözündən aşağı bəşər sözündən yuxarı dərəcədə olan həqiqi natiq İmam Əlinin (ə) qocaya, orta yaşlıya və gəncə etdiyi nəsihəti
Hər bir yaş
dövrü insanın fiziki və psixoloji durumunda ona uyğun təsirlər buraxır. Gənclər
daha aktiv olduğu kimi elmi, dini məsələlərdə da aktivlik göstərməlidirlər.
Onlar bu yaşda müxtəlif elmi, dini, ictimai və siyasi məsələlərdə fikir mübadiləsi
aparmalı düşüncələrini çiçəkləndirmlidirlər.
Orta yaşlılar və
qocalar da öz dövrünə münasib olan təfəkkür və sükut məziyyətindən (digər əxlaqi
xüsusiyyətlərlə müqayisədə) daha çox yararlanmalıdırlar.
İmam Əli
buyurub:
“Gəncləri
mübahisə və mücadiləyə, orta yaşlıları təfəkkürə, qocaları isə sükuta çağırın”
(Şərhi-Nəhcul-Bəlağə
cild-20, səh-285)
Qocaların
sükuta çağırılması o demək deyil ki, onlar baş verən hadisələr və proseslər
zamanı sakit durub mövqe bildirməyəcəklər. Əksinə, onlar bu məsələlərdə gənclərə
və orta yaşlılara örnək olmalıdırlar. Yuxarıdakı hədis demək istəyir ki,
mübahisələr və münaqişələr zamanı gəncin mücadiləsi (Quran bildirdiyi kimi əhsən
yolla olan mücadilə) fayda verərsə, həmin
anda orta yaşlının təfəkkürünün məhsulu və qocanın sükut, vüqar və təmkinliyi
daha çox nəticəbəxş olar. / İslaminSesi.info