header

 General Səlami: Terrorçu qruplar ABŞ-ın nəzarəti altında fəaliyyət göstərirlər

İran islam inqilabının keşikçiləri korpusunun komandan əvəzi deyib: Terrorçu qruplar ABŞ-ın nəzarətində olan maliyyə cərəyanlarına arxalanırlar.

General Hüseyn Səlami İranın 1-ci telekanalına verdiyi açıqlamada deyib: Amerika İŞİD ilə mübarizə görüntüsü yaradır ancaq əslində bu terrorçu qrup qarşısında hesablanmış rəftara malikdir və onun məhv edilməsində maraqlı deyil. 

İran islam inqilabının keşikçiləri korpusunun komandan əvəzi İran İslam Respublikasının təhlükəsizliyi və inqilabın müqəddəs amallarını müdafiə uğrunda Suriyada şəhid olan Möhsun Hücəcinin şəhadətinə toxunaraq bu şəhidin İran xalqının əzəmətinin təcəssümü olduğunu deyib. 

Suriyada İŞİD terrorçuları tərəfindən əsir edilən şəhid Möhsün Hücəci ötən çərşənbə günü bu qrup terrorçuları tərəfindən şəhid edildi. 

General Səlami Möhsün Hücəcinin necə əsir olması və şəhid edilməsini açıqlayaraq deyib: İŞİD terrorçuları bir neçə avtomobillə onlara hücum ediblər və toqquşma baş verib, bu toqquşmada hamı şəhid olub Möhsün Hücəci isə əsir düşüb və o da az sonra şəhid edilib. 

İran islam inqilabının keşikçiləri korpusunun komandan əvəzi deyib: Terrorçu qruplar ABŞ-ın nəzarətində olan maliyyə cərəyanlarına arxalanırlar.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap